İsmayıllıda ağır qəza - ölən və yaralanan VAR

 12:15 01.04.2025     127

İsmayıllıda avtomobil qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, gecə İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobil idarəetmənin itməsi nəticəsində yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü 1983-cü il təvəllüdlü Yasin Rəhimov, onun iki sərnişini - 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə xəsarət alıb.

Sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.