Şəhid anası vəfat ETDİ

Birinci Qarabağ müharibəsi şəhidi Elçin Təvəkkül oğlu Əliyevin anası Zeynəb Əliyeva vəfat edib.
Redaktor.az xəbər verir ki, bu haqda Qarabağ veteranı, Cəlilabad rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov məlumat verib. Şəhid anası yaşadığı Cəlilabad rayon Bayxanlı kəndində dəfn edilib.
Qeyd edək ki, Elçin Əliyev 1994-cü ildə şəhid olub.
Vasif ƏLİHÜSEYN