Abşeronda 32 yaşlı kişinin meyiti AŞKARLANDI

Abşeronda 32 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən mənzillərin birində qeydə alınıb.
1993-cü il təvəllüdlü Anar Məmmədovun meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.