Goranboyda gənc qız qidadan zəhərləndi - vəziyyəti AĞIRDIR

 09:36 03.04.2025     472

Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü X. Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Gənc qızın vəziyyəti ağır qiymətləndirilir. Yaxınları onun pomidor turşusundan zəhərləndiyini ehtimal edir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən