Binəqədidə iki nəfər iş yerində ÖLDÜ

 14:40 04.04.2025     173

Bakıda 62 yaşlı kişi iş yerində ölüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu Ordubadi küçəsində inşa edilən “Binəqədi Rezidens” kompleksində qeydə alınıb.

1963-cü il təvəllüdlü C.Quliyev kompleksin sanitar qovşağında dünyasını dəyişib.

Oxşar hadisə Binəqədi rayonu 9-cu mikrorayon Adil Məmmədov küçəsində yerləşən mağazada da baş verib. Orada işləyən 1966-cı il təvəllüdlü R.Mahmudov iş başında olarkən halının pisləşməsi səbəbindən vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.