Gəncədə siqaret üstündə dava - bir nəfər BIÇAQLANDI

 16:15 05.04.2025     274

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin yaxınlığında qeydə alınıb.

1999-cu il təvəllüdlü S.Bayramov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Onun siqaret üstündə düşən mübahisə nəticəsində bıçaqlandığı qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən