Gəncədə qidadan zəhərlənmiş ailə evə buraxılıb – YENİLƏNİB

Gəncə şəhərində qidadan zəhərlənmiş ailə xəstəxanadan evə buraxılıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə “Report”a bildirilib.
Bildirilib ki, Gəncədə qidadan zəhərlənmiş 44 yaşlı qadına və iki övladına tibbi yardımlar göstərilib və onlar evə buraxılıblar.
09:00
***
Gəncədə ana və iki övladı qidadan zəhərlənib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, şəhər sakinləri, 1981-ci il təvəllüdlü L.Nəcəfova və onun övladları, 2010-cu il təvəllüdlü K.Nəcəfov, 2005-ci il təvəllüdlü R.Nəcəfov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.