Maşında sıxılı qalan şəxs belə xilas edildi - VİDEO

 12:02 06.04.2025     156

Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzasının baş verib.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, qəza zamanı vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı tikiliyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü Quliyev Vüqar İsgəndər oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.