Bakıda tələbə faciəvi şəkildə vəfat etdi - FOTO - YENİLƏNİB

İkram Şahbalayevin ölümünün təfərrüatı məlum olub.
Redaktor.az xəbər verir ki, aprelin 4-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü İkram yaşadığı Lökbatan qəsəbəsi S.Orucov küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Yaxınları onu huşsuz vəziyyətdə aşkar etdikdə artıq gec olub.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
12:48
***
Qərbi Kaspi Universitetinin tələbəsi faciəvi şəkildə ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Qərbi Kaspi Universiteti məlumat yayıb.
Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasında təhsil alan V kurs tələbəsi İkram Şahbalayev dəm qazından boğularaq dünyasını dəyişib.