Biləsuvarda ev YANDI

 09:40 07.04.2025     135

Biləsuvar rayonunda ev yanıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Günəşli kəndində, Tağı Qasımova məxsus ümumi sahəsi 192 kvadratmetr olan taxta konstruksiyalardan ibarət ikimərtəbəli 6 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək ətrafa yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.