Sərnişin avtobusu hasara çırpıldı - VİDEO

 13:48 07.04.2025     97

Bakıda marşrut avtobusu qəza törədib.

Redaktor.az xəbər verir ki, 197 nömrəli xətt üzrə hərəkət edən “Daewoo BS90” markalı sərnişin avtobusu yol kənarındakı hasara çırpılıb.

Nəticədə hasar uçub, nəqliyyat vasitəsinə ziyan dəyib. Xəsarət alan şəxsin olub-olmaması barədə məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.