Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs EDİLDİ

 15:04 07.04.2025     143

Bakıda külli miqdarda vergi borcu olan sahibkar həbs edilib. 

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, "111Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 270.908,94 AZN vergi borcu var. 

Borcun ödənilməsi ilə bağlı şirkətin qanuni təmsilçisi Timur Danaqayev Ruslanoviçə məhkəmə tərəfindən dəfələrlə xəbərdarlıq edilib və ona qarşı cərimə sanksiyası tətbiq olunub. Sahibkar nə vergi borcunu, nə də cərimə sanksiyasını ödədiyi üçün inzibati qaydada həbs edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 11 manat olan "111Group" MMC 2019-cu ilin 25 iyulunda dövlət qeydiyyatına alınıb. Şirkət biznesin idarə edilməsi, qiymətləndirmə və innovativ yanaşma təqdim ediliməsi ilə məşğul olub.