Mal-qara otaran şəxs qayalıqdan yıxılaraq öldü - YENİLƏNİB

 12:31 08.04.2025     438

Aprelin 6-da saat 17:40 radələrində Yardımlı rayonu Peştəsər kənd sakini, 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) açıq kəllə-beyin travması, sınıqlar, hemorragiya, travmatik şok diaqnozları ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Vəziyyəti ağır qiymətləndirilən şəxsə zəruri reanimasiyan tədbirlərin göstərilməsinə baxmayaraq, aprelin 7-də saat 11:00-da ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

09:31

***

Yardımlıda 62 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Peştəsər kəndində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu aprelin 6-da yaşadığı kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə aparılıb. O dünən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.