Üzərinə beton aşan fəhlə faciəvi şəkildə ÖLDÜ

 11:23 08.04.2025     149

Ceyranbatan qəsəbəsində üzərinə beton lövhə düşən 46 yaşlı fəhlə ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda baş verib.

1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən üzərinə beton lövhə aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.