Məhkəmə DSX mayoruna hücum edən idmançılarla bağlı qərar VERDİ

 12:53 08.04.2025     293

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Redaktor.az xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə təqdimata baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini mayın 5-dək uzadıb.

Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

Xətai rayon Məhkəməsinin qərarına əsasən, həmin şəxslər barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb (APA).