Ağdamda avtomobil yandı - VİDEO

 15:35 08.04.2025     325

Ağdamda minik maşını yanıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsi ərazisində baş verib. Yol kənarında dayanan “VAZ-2106” markalı minik maşını yanaraq yararsız hala düşüb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun ətraf tikililərə və digər maşınlara keçməsinin qarşısını alıblar. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən