Paytaxtda itkin düşən şəxsin meyiti dənizdən TAPILDI - FOTO

 18:51 08.04.2025     189

Bakıda itkin düşən oğlanın cəsədi tapılıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, 22 yaşlı Fərid Məmmədovun üzərində zorakılıq əlamətləri olmayan meyiti Dənizkənarı Milli Parkda dənizdən tapılıb.

Polis əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fərid Məmmədov aprelin 1-də işdən çıxıb evə qayıtmayıb. Bu hadisə ilə bağlı onun barəsində axtarış elan olunmuşdu.