Daha bir şagird məktəb yoldaşını bıçaqladı - YENİLƏNİB

 15:04 10.04.2025     539

Ağstafada bıçaqlanan məktəblinin vəziyyəti açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 9-da saat 12:40 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) sol budun kəsilmiş-deşilmiş yarası ilə hospitalizasiya edilib. 

"Pasiyentə zəruri tibbi yardım göstərilib, cərrahın baxışından sonra saat 14:40 radələrində ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

13:30

***

Ağstafa rayonundakı məktəblərdən birində bıçaqlanma baş verib. 

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 9-cu sinif şagirdi E.Y. məktəb yoldaşı F. N.-i bıçaqlayıb.

İlkin məlumata görə, hadisə tənəffüs vaxtı qeydə alınıb. Şagirdin yüngül xəsarət aldığı bildirilir. 

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.