Zaqatalada qadın yol qəzası nəticəsində xəsarət aldı

 08:49 11.04.2025     470

Zaqatalada 44 yaşlı qadın avtomobilin onu vurması nəticəsində xəsarət alıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Zaqatala şəhərinin Heydər Əliyev prospektində baş verib.

Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Onun vəziyyəti həkimlər tərəfindən orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.