Tovuzda məktəbdə olay: 5 şagird dəm qazından ZƏHƏRLƏNDİ - YENİLƏNİB

Tovuzda orta məktəbdə şagirdlərin zəhərlənməsinin təfərrüatı məlum olub.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
10:25
***
Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagiridi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.