İşdən çıxarılan qadın universitetdə özünə xəsarət YETİRDİ

 10:42 11.04.2025     228

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, hadisə universitet binasında baş verib.

1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır (oxu.az).