Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən KÖÇÜRÜLÜR

 14:29 11.04.2025     287

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisinə başlanılıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, yeni bina Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) yaxınlığında inşa olunur.

Tikinti işlərinə bir neçə gün əvvəl start verilib. Layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.