Bakıda şagird özünü məktəbin binasından atdı - YENİLƏNİB

Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs zamanı özünü pəncərədən atıb.
Redaktor.az xəbər verir ki, BŞTİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, 220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi II mərtəbənin pəncərəsindən yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
“İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - deyə açıqlamada bildirilib.
16:14
***
Bakıda 220 nömrəli məktəb-liseydə intihar hadisəsi baş verib.
Redaktor.az manset.az-a istinadən xəbər verir ki, həmin məktəbin səkkizinci sinif şagirdi M.R. bu gün səhər saatlarında dərs zamanı özünü pəncərədən atıb.
Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.
O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.
Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.