Sumqayıtda gənc qadın müalicə aldığı xəstəxanada vəfat ETDİ

 22:37 11.04.2025     284

Sumqayıtda gənc qadının xəstəxanada vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərdəki 1 saylı xəstəxanada baş verib.

1994-cü il təvəllüdlü Humay Nəsirli müalicə olunduğu tibb müəssisəsində həyatını itirib.

İlkin məlumata əsasən, onun ölümünə “qurd eşənəyi” və revmatizm kimi xəstəliklər səbəb olub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən