Şirvan sakini tapdığı avtomatı polisə təhvil verdi

 09:34 12.04.2025     171

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər şəhər sakini şəhər ərazisindən tapdığı 1 ədəd avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.