Həmin taksi sürücüsünə yeni maşın hədiyyə EDİLƏCƏK

 09:30 13.04.2025     533

Bir neçə gün öncə aprelin 10-da Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır qəza törətmiş taksi sürücüsünə yeni avtomobil hədiyyə olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, bundan əlavə BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfovun xərcləri, həmçinin bank borcları da qarşılanacaq (oxu.az).