Zaqatalada fərdi yaşayış evində yanğın oldu - FOTO

 10:16 13.04.2025     144

Zaqatalada fərdi yaşayış evində yanğın olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, səhər saatlarında Zaqatala şəhəri Azərbaycan prospektində Aysel Cəbrayıl qızı Rəhimova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin mətbəxində 2 p.m mətbəxt mebeli yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada fərdi yaşayış evində yanğın olub - FOTO