İmişlidə avtomobil piyadanı VURDU

İmişli rayonunda avtomobil qəzası baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.
Belə ki, “Ford” markalı minik avtomobili kənd sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Xəyal Əziz oğlunu vurub.
X.Rüstəmov ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.