Göygöldə gənc oğlan dəm qazından ZƏHƏRLƏNDİ

 12:14 13.04.2025     149

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Məlumata görə, 25 yaşlı H.İsmayılov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal gənc oğlana yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edilir ki, H.İsmayılov yaşadığı evin vanna otağında zəhərlənib.