Bakıda qardaşlar bir-birini BIÇAQLADI

 14:00 13.04.2025     199

Bakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.

Redaktor.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.

İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.