Gəncədə yaşlı kişini maşın VURDU

 09:00 14.04.2025     196

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü A.Quliyev yolu keçmək istəyən zaman avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.