"Maşın hədiyyə edilməyib, yalan söhbətdir" - "Uçan taksi"nin sürücüsü hər şeyi DANIŞDI

 09:35 14.04.2025     253

Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD markalı avtomobillə qəza törədən sürücü Anar Nəcəfov açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Anar Nəcəfov bildirib ki, qəza zamanı onu qıcolma tutub, dili qatlanıb və bərk qaza basıb. O, narkoloji testdən keçdiyini də əlavə edib.

Sürücü həmçinin sosial şəbəkələrdə yayılan “ona avtomobil hədiyyə ediləcəyi və 90 min manat pul toplandığı” iddialarını təkzib edib:

“Cəmi 3-4 min pul yığılıb. Maşın da hədiyyə edilməyib. Yalan söhbətdir”.

Xatırladaq ki, iki gün əvvəl baş verən hadisədə “Bolt” sürücüsü idarəetməni itirərək arakəsməni yarıb, Heydər Əliyev prospekti ilə hərəkətdə olan “Ford” markalı avtomobillə toqquşmuşdu (oxu.az).