Xuliqanlıq edən bloqer həbs EDİLDİ

Bloqer xuliqanlıq hərəkətlərinə görə həbs edilib.
Redaktor.az xəbər verir ki, Beyləqan və ətraf rayonlarda bloqerlik fəaliyyəti ilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəminində 53 yaşlı şəxsi döyərək xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb və V.Fətiyev məhkəmənin qərarı ilə həbs edilib (oxu.az).