14 yaşlı qız itkin DÜŞDÜ

 12:08 14.04.2025     250

Masallıda itkin düşən 14 yaşlı qızın axtarışları aparılır.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Masallıda 14 yaşlı L.T-nin itkin düşmə barədə polisə məlumat daxil olub. L.T aprelin 12-də, saat 20 radələrində rayonun Banbaşı kəndində babasına məxsus yerləşən evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, axtarış elan olunub. Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.