Kəlbəcərdə maşın aşdı - qadın ÖLDÜ - FOTO

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.
Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş (Qafqazinfo).