Astarada itkin düşən məktəbli tapıdı - YENİLƏNİB

 20:01 14.04.2025     362

Astarada itkin düşən məktəbli tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, Astarada itkin düşən azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

Astarada 3-cü sinif şagirdi itkin düşüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.

Faktla bağlı polisə məlumat verilib.