Gəncədə qidadan zəhərlənən şəxslərin sayı ARTDI

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər - 2001-ci il təvəllüdlü J.Tamirazova da xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.