Kartlardan daha 14 min manat OĞURLANDI

 09:30 15.04.2025     161

Aprelin 14-də vətəndaşların bank kartlarından 13 818 manat oğurlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 4000, 3482, 1621, 1500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Qeyd edilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz”.