Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi - körpəsi öldü

Ağdam rayonunda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı qadın həyata qaytarılsa da, bətnindəki döl tələf olub.
Redaktor.az xəbər verir ki, Ağdam Mərkəzi Rayon Xəstəxanasında doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının halı qəfil pisləşib.
İlkin müayinə zamanı onun öldüyü müəyyən edilib. Həkimlərin yardımı sayəsində F.Yusifovaya tibbi müdaxilələr edilərək onun ürək fəaliyyərini bərpa etmək mümkün olsa da, onun bətnindəki döl tələf olub.
Hazırda F.Yusifovanın səhhəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır (Report).