Özü ölümdən döndü, atını sel apardı - VİDEO

 23:29 15.04.2025     104

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Poladauri çayının səviyyəsinin artması səbəbilə kənd sakinlərindən biri çətin anlar yaşayıb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, azərbaycanlı kənd sakini at arabası ilə çayı keçməyə çalışarkən ölüm təhlükəsi ilə üz-üzə qalır.

Kişi son anda sağ qalmağı bacarsa da, atını sel aparır.

Həmin görüntüləri təqdim edirik: