Ağsuda güclü sel ekskavatoru aşırdı - ölən və xəsarət ALANLAR VAR

 14:35 16.04.2025     417

Ağsuda güclü sel ekskavatoru aşırıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Kalva kəndində qeydə alınıb.

Yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Çaya gələn güclü sel ekskavatoru aşırıb. Ekskavatorda olan 4 nəfərdən biri-1982-ci il təvəllüdlü Pərviz Ayətullalayev hadisə yerində ölüb. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xəsarət alanlar ekskavatordan çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən