Ağsuda sel nəticəsində ölən şəxs sahə rəisi imiş

 15:40 16.04.2025     259

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

 Redaktor.az xəbər verir ki, bununla bağlı “Report”a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.