Mingəçevirdə evlərin həyətini, küçələri su basdı - FOTO

 15:59 16.04.2025     264

İntensiv yağışlar Mingəçevir şəhərində fəsadlara səbəb olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində keçən Havarlı su arxının daşması nəticəsində 18 evin həyətini su, şəhərin bəzi küçələrini su basıb.

Mingəçevir Fövqaladə hallar komissiyasının sədr müavini Məhluqə Cavadova bildirib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Əraziyə texnika və işçi qüvvəsi cəlb olunub.

Bölgədə yağıntı davam edir.