Sel avtomobil yolunu yararsız hala saldı - FOTO

 18:36 16.04.2025     233

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb.

Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.

Vumart və Güvən reklamı Vumart Güvən