Leysan Pirsaat çayında fəsadlar TÖRƏTDİ

Leysan xarakterli yağışlar Hacıqabul rayonun ərazisindən keçən Pirsaat çayında fəsadlar törədib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, son günlər aramsız yağan leysan xarakterli yağışlar rayonun Udullu vahidliyinin ərazisindən keçən hissəsində Pirsaat çayında suyun daşmasına səbəb olub.
Sakinlərin sözlərinə görə, sel nəticəsində çayqırağı bir neçə həyətyanı sahə, nar bağları, elektrik dirəkləri su altında qalıb. Qubalıya gedən yol su altında qaldığından kəndlə əlaqə kəsilib.
Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

