Sabunçuda tuneldən suyun çəkilməsi işləri yekunlaşıb - FHN

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Nazirlikdən Redaktor.az-a verilən məlumata görə hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.