Müdir yağış sularını təmizləmək istəyərkən ÖLDÜ

 11:34 17.04.2025     288

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub.

teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Mərhumun 2 azyaşlı övladı var.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.