3 yaşlı uşaq beşinci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

 14:52 17.04.2025     224

Azyaşlı binadan yıxılaraq ağır xəsarət alıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə Suqovuşana köçürülən ailələrin yaşadığı binada qeydə alınıb.

2022-ci il təvəllüdlü Ö.Ağazadə yaşadıqları binanın 5-ci mərtəbəsinin eyvanında oynayarkən oradan yıxılıb.

Ağır xəsarət alan uşaq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan azyaşlının vəziyyətinin ağır olduğu bildirilib.