Həmin maşını sudan belə çıxardılar - VİDEO

 17:55 17.04.2025     715

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Redaktor.az xəbər verir ki, görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə suçəkmə və vətəndaşların təxliyə işləri yekunlaşıb, habelə sel sularındakı avtomobillərin sudan çıxarılması təmin edilib.

Hazırda Bakı şəhəri, həmçinin Xızı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Yevlax və Salyan rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir (Qafqazinfo).