Şabrançayda daha bir nəfərin meyiti TAPILDI

Şabrançayda daha bir nəfərin meyiti tapılıb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Siyəzənneft”in əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti tapılıb.
Onun cəsədini dalğıclar Şabran rayonu Dağbilici kəndi yaxınlığında tapıblar.
Qeyd edək ki,onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı imişlər.